Prezident seçkiləri ilə əlaqədar Çində səsvermə başa çatdı

Sfera.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılan səsvermə 70 faiz seçici fəallığı ilə başa çatıb.
Xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması üçün xaricdə 41 seçki məntəqəsi yaradılıb. Azərbaycanın Pekindəki səfirliyində 17 saylı Yasamal üçüncü seçki dairəsinin 37 saylı məntəqəsi üzrə Çin Xalq Respublikasında müvəqqəti və daimi yaşayan vətəndaşlarımız, səfirliyin əməkdaşları və onların səsvermə hüququ olan ailə üzvləri, habelə qonşu Koreya Respublikası, Yaponiya və Vyetnamdan gələn seçicilər, səsvermə günü müxtəlif səbəblərə görə qısamüddətli səfər zamanı Pekində olan vətəndaşlarımız səs veriblər.
Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.