"Prezident seçkilərində böyük seçici fəallığı müşahidə olunur" - Elmira Süleymanova

"Ölkəmizdə keçirilən prezident seçkilərində böyük seçici fəallığı müşahidə olunur".


 

Sfera.azxəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

 

Bu gün 20-dən çox seçki məntəqəsində müşahidələr apardığını vurğulayan E.Süleymanova Binəqədi və Nəsimi rayonlarından başqa Bakının bütün rayonlarında olduğunu söyləyib.

 

 

Ombudsman hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində təşkil edilən seçki məntəqələrinə də baş çəkdiyini deyib:

 


 

"Olduğum bütün yerlərdə yüksək seçici fəallığı və şəffaflıq gördüm. Çox sevindirici haldır ki, bütün seçki məntəqələrində yerli və xarici müşahidəçilər var idi. Onların seçkiləri müşahidə etməsi üçün yüksək şərait yaradılıb. Mən onlarla dialoq da apardım. Hətta, bir partiya nümayəndəsi də mənə bildirdi ki, bizə müstəqillik lazımdır. Bu, mənim üçün çox önəmli fikir idi. Olduğum yerlərdə seçki prosesini izləyən bir nəfər beynəlxalq müşahidəçi isə mənə dedi ki, sanki burada bayram əhval-ruhiyyəsi var. Doğrudan da bu belədir. İnsanlar çox maraqla, nizam-intizamla səsvermədə iştirak edirlər. Mən həmin beynəlxalq müşahidəçidən xahiş etdim ki, burada nə görürsə, onu da yazsın".

 


 

Orxan Bəşirov



OXŞAR XƏBƏRLƏR