Logo

ABŞ hərbi gəmiləri Yaxın Şərqə doğru HƏRƏKƏTƏ KEÇDİ

ABŞ hərbi gəmiləri Yaxın Şərqə doğru HƏRƏKƏTƏ KEÇDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Başda "Harri Truman” aviadaşıyıcısı olmaqla, ABŞ hərbi dəniz donanmasının zərbəçi qrupu Virciniya ştatındakı daimi dislokasiya məntəqəsindən Yaxın Şərqə yola düşüb, bu barədə ABŞ KİV-də məlumat yayılıb.

Məlumata görə, zərbəçi qrupun tərkibinə aviadaşıyıcıdan başqa "Normandiya” raket kreyseri, "Arli Berk”, "Balkeley”, "Forest Şerman” və "Farraqut” raket esminesləri daxildir. Gəmilərin göyərtəsində 6500 nəfərə yaxın şəxsi heyət var .

Zərbəçi qrupa Almaniya hərbi dəniz donanmasına aid "Hessen” freqatının da qoşulacağı bildirilir.

Vaşinqton hələ ki, gəmilərin gözlənilməz hərəkətinin səbəbini açıqlamayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR