Sabah səs verəcək seçicilərin nəzərinə!

Siyasət
21:29 / 10.04.2018
4270
"Sabah Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) "qaynar xətt"inə daxil olacaq istənilən müraciətə dərhal reaksiya veriləcək".
Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
M.Pənahov MSK-da yaradılan "qaynar xətt"in artıq 2 aydır ki, fəaliyyət göstərdiyini söyləyib:
"Bu "qaynar xətt" hazırda da fəaliyyət göstərir və daxil olan müraciətlərə baxır. Seçkilərlə bağlı da daxil olan istənilən şikayətə dərhal reaksiya veriləcək".