Latviyadan Rusiyaya keçmək istəyən ayı sərhəd hasarını sındırıb

Kateqoriya məlum deyil1600 👁️
T
Sfera.az Rusiyanın "tezars.ru” saytına istinadən xəbər verir ki, Latviya Dövlət sərhəd mühafizəsinin verdiyi məlumata görə Latviya-Rusiya sərhəd bölgəsində yoxlama zamanı sərhəd hasarında xəsarət aşkar edilib.
Sərhədçilər hadisə yerində sərhəd dirəyində kəsiklərlər və ayı izləri aşkar ediblər. Görünür, ayı qarşısına çıxmış maneəni kobud şəkildə aradan qaldırmağa çalışaraq sərhədi keçməyə cəhd göstərib.
Sərhəd zonasında belə hallar, xüsusilə də heyvanların yaz miqrasiyası dövründə nadir hadisə deyil.
