Azərbaycanlıları Rusiyadan qovduran sərhədçi erməni imiş - FOTOFAKT

Gündəm
00:39 / 16.03.2018
8905
Son zamanlar Rusiyadan deportasiya edilən həmvətənlərimizin sayı artıb.
Sfera.az xəbər verir ki, Vüqar İsayev adlı
sosial şəbəkə istifadəçisi bu haqda maraqlı status yazıb.
O
bildirib ki, taksi fəaliyyətilə bağlı Dağıstanla sərhədə tez-tez gedir. Bu günlərdə
kafelərin birində Rusiyadan ömürlük deport olunmuş bir nəfərlə söhbət edərkən problemin səbəbini
anlayıb:
"Sərhədyanı kafelərin
birində nahar edərkən bir qardaşla həmsöhbət olduq. Məlum oldu ki, qardaşı
Rusiya dövlətinə keçməyə ömürlük deport qoyublar. Söhbət əsnasında qardaşdan deportasiya edilməsi barədə olan kağızı istədim. Bu
sənədə baxanda azərbaycanlıların Samur Gömrük Məntəqəsindən niyə belə tez-tez
deportasiya edilməsi mənə məlum oldu. Sən demə orada (Dağıstan tərəfdə-red) buraxılış məntəqəsində deportasiya xidmətinin
rəisi erməni imiş. Bu axır vaxtlarda ən çox rast gəlinən haldır, kim gəldi deportasiya
edirlər. Mənfur düşmən orada rəis Arakelyan.A.A imiş. Yəqin ki, bu işlə əlaqədar
təşkilatlar bir tədbir görəcək. Bu da fakt - sənəd : Должностное лицо
пограничного органа Аракелян.А.А .”
İlqar Atabəyli