Azərbaycanda hansı sahələrdə ixtisarlar olacaq? – AÇIQLAMA

Azərbaycanda hansı sahələrdə ixtisarlar olacaq? – AÇIQLAMA
Azərbaycanda bir sıra sahələrdə ixtisarların olacağı ehtimalı bu günlərdə əsas müzakirə mövzularındandır. 

Bu ehtimal nə dərəcədə realdır?

İqtisadçı-ekpsert Akif Nəsirli Sfera.az-a açıqlamasında bu haqda danışıb. Onun sözlərinə görə öncəki 3 ildə olduğu kimi cari ildə də ixtisarların olması qaçınılmazdır.
 
Bəs, hansı sahələrdə ixtisarlar ola bilər?
 
A.Nəsirlinin sözlərinə görə bu gün bir çox sahələrdə ixtisarların olması qaçınılmazdır: 

"Azərbaycanda kadr islahatları dedikdə yalnız ixtisarlar nəzərdə tutulur. Hazırda ölkəmizdə qeyri-səmərəli təşkilatçılıq mövcuddur. 2015-ci ildə baş verən iki devalvasiya nəticəsində bəzi iş yerləri bağlanıb ki, nəticədə həmin sahələrdə çalışan insanlar işsiz qalıb. Bu cür ixtisarlar ötən iki ildə də davam edib. Cari ildə də bu cür ixtisarlar davam edəcək. Təəssüflər olsun ki, kadr islahatları səmərəli bəhrəsini vermir”. 

A.Nəsirlinin sözlərinə görə ölkədə ciddi kadr islahatlarına ehtiyac var:
 
"Bu islahatlar yalnız ixtisarlardan ibarət olmalı deyil. Əsas məsələ kadrların professionallığının gücləndirilməsidir. Kadrların daha peşəkarları ilə əvəzlənməsi təcrübəsindən yararlanmaq lazımdır. İnhisarda olan xidmət sahələri var ki, onlar pensiya fonduna bənzəyir, hər ay maaş alsalar da, heç bir faydalı iş görə bilmirlər. Bütün xidmət orqanlarında ciddi kadr islahatına peşəkar mütəxəssislərə ehtiyac var. Düşünürəm ki, xidmət sahələrində kadr islahatları olacaq”.
 
Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...