Rövşən Rzayevdən Akif Nağıya CAVAB: "Ermənilərlə dialoq axtarışındayıq"

Rövşən Rzayevdən Akif Nağıya CAVAB:
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. 

R.Rzayev Sfera.az-a bildirirb ki, Akif Nağı nə danışdığını anlamır:

"Ümumiyyətlə, mən ona cavab vermək istəmirəm. Bu cür adamlara cavab verməyə ehtiyac yoxdur".

Deputat deyib ki, "Ermənistan-Azərbaycan Sülh Platforması” Azərbaycan dövlətinin maraqlarına xidmət edir:

"Bu layihə Azərbaycan dövlətinin maraqlarına uyğun olaraq, müəyyən məsələlərin həlli üçün həyata keçirilir. Bunun xüsusi mənası var. İndi o mənanı kimisi başa düşür, kimisi də düşmür. Allah onlara can sağlığı versin. Biz çalışırıq ki, "Ermənistan-Azərbaycan Sülh Platforması” ilə bağlı işlər yaxşı getsin. Hazırda da bu istiqamətdə fəaliyyət gedir. Yəqin ki, müəyyən yeniliklər olacaq. Biz ermənilərlə dialoq axtarışındayıq".

Xatırladaq ki, Akif Nağı Sfera.az-a açıqlamasında deputat Rövşən Rzayev erməni dairələrinə xidmət etməkdə ittiham edib.

Orxan Bəşirov
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...