Qəzada ölən generalı Bakı ilə nə bağlayır? - FOTO

Gündəm
16:38 / 08.03.2018
3215
Suriyada təyyarə qəzasında ölən general 20 yanvarda Bakıya
yeridilən QRU dəstəsində olub.
Ötən gün Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Hmemymim aviabazası yaxınlığında qəzaya uğramış An-26 təyyarəsinin göyərtəsində olan 39 hərbçidən biri, general-mayor Vladimir Yermeyev 1990-cı ilin yanvarında Bakıya yeridilən QRU xüsusi təyinatlı dəstələrinin tərkibində olub.
Sfera.az bildirir ki, general Yermeyev Sverdlovskdakı Suvorov hərbi məktəbinin məzunudur. 2012-ci ildə o, əlahiddə Sevastopol Qırmızı ulduzlu motoatıcı briqadasının komandiri təyin edilib.(virtualaz.org)