"O məzarı Vidadi İsgəndərlinin qohumları murdarlayıb" - Hafiz Hacıyev

Hüquqmüdafiəçisi, Fransada yaşayan Vidadi İsgəndərlinin atasının Göyçaydakı məzarlığı murdarlanaraq təhqir olunub. Hadisə ilə bağlı bir sıra mülahizələr səsləndirilir. Bəllidir ki, bu gün qərb qüvvələri bu cür hadisələrlə Azəraycanda çaxnaşmaların yaranmasında maraqlıdır.

Bəs V.İsgəndərlinin atasının məzarlığının murdarlanması nəyə hesablanıb?

"Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev Sfera.az-a açıqlamasında bu haqda danışıb: 

"O məni söyür. Eləsin, mən öyrəşmiş adamam. Vidadi İsgəndərli Avropada oturaraq xalqımızın mentalitetinə yad fikirlər səsləndirir. Bir il bundan öncə deyirdi ki, mən Azərbaycan vətəndaşlığından çıxıram, azərbaycanlı deyiləm. O zaman niyə Azərbaycan xalqına müraciət edir? Özü "maşennik” olub. İşlədiyi dövrdə nə işlərlə məşğul olub, bunu da hamı bilir. Sosial şəbəkələrdə bu işi görənləri təhqir etmək əvəzinə onun özünün videosunu qoyub baxmaq lazımdır”.

H.Hacıyev bildirdi ki, məzarlığın murdarlanması Vidadi İsgəndərlinin qohumları tərəfindən reallaşdırılıb: 
 
"Rayon təşkilatlarından bizə verilən məlumata görə, Vidadi İsgəndərli özünü gündəmdə saxlamaq üçün bu cür addımlar atır. Bizdə olan məlumatlara görə, onun öz qohumları tərəfindən atasının məzarı murdarlanıb. İstəyirlər ki, Vidadi İsgəndərlidən bir əzabkeş obrazı yaratsınlar. Özünü gündəmdə saxlamaq üçün bu insan hər cür yola əl atır. Bu cür yollarla gündəmdə qalmaq olmaz. O çalışır ki, qərb, Avropa üçün özünün əzabkeş obrazını yaratsın. O özünə şər ataraq valideynlərini də təhqir edir. Bu adamda kişilik yoxdur”. 

H.Hacıyev Vidadi İsgəndərlinin qızı ilə bağlı müzakirə predmeti olan mövzuya da toxunub:

"Bu adam qızını, ailəsini də siyasi gündəmə gətirir. Görün o nə qədər tərbiyəsizdir ki, qızını da gündəmə gətirir. O bu yolla xarici dövlətlərdən, agentliklərdən daha çox pul almağa çalışır. O adama baş qoşmaq lazım deyil. O qərbin əli altında alətə çevrilərək qarışıqlıq yaratmaq istəyir".

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...

Leyla Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni di...

Türkiyədə 6 bal gücündə zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat 01:51-də 6 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki,...

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...