Narkoloji Mərkəzdəki yanğınla bağlı cinayət işi açıldı

Gündəm
16:33 / 02.03.2018
4312
Baş Prokurorluq Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı cinayət işinin maddələrini açıqlayıb.
Sfera.az bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Trend-ə verdiyi məlumata görə, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizlik qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq - əməliyyat tədbirləri davam etdirilir.
Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.