Qənirə Paşayeva qarşı qara piarın arxa planı: İlham Rəhimov izi?

Gündəm
13:23 / 01.03.2018
5455
Millət vəkili Qənirə Paşayeva ilə Hollandiyada yaşayan müxalifətçi bloqqer Orduxan Teymurxanın sosial şəbəkələrdə "selfie"sini yayan şəxsin adı məlum olub.
Sfera.az xəbər verir ki, həmin şəxs AXCP üzvü olan Dəyanət Babayevdir.
D.Babayev özünün "Facebook" səhifəsində Qənirə Paşayeva ilə Orduxan Teymurxanın "selfie"sini yaydığını etiraf edib:
"İndicə mənə hakimiyyətə yaxın xəbər saytından məlumat daxil oldu ki, dünən paylaşılan Qənirə Paşayevanın Orduxan Teymurxanla fotosunu sifarişlə etmişəm. Əvvəla qeyd edim ki, həmin foto ilk dəfə mənə məxsus olan "Azərbaycan Reallığı" səhifəsində yayımlanıb, fotonu şəxsən özüm paylaşmışam. Bu fotoya Orduxanın profilində rast gəldim. Araşdırandan sonra məlum oldu ki, onlar 2016-cı ildə AŞPA-da keçirilən tədbirdə iştirak ediblər. Bu foto da orada çəkilib. İndi isə məlumat daxil olur ki, guya Tovuzlu iş adamı İlham Rəhimovun ledisi Tovuzdan millət vəkili olmaq istəyir. Onun üçün Qənirə xanımın əleyhinə qara kampaniyalar aparılır. Həmin kampaniyanın da baş iştirakçısı mənəm. İlham müəllim bunun üçün mənə gizli yolla maliyyə göndərir. Qeyd edim ki, mən biznesmen İlham Rəhimovu ümumiyyətlə tanımıram, üz-üzə gəlsək də, tanımaram, onunla heç bir əlaqəm yoxdur. Adını yalnız qiyabi olaraq eşitmişəm. Qaldı ki, Qənirə xanıma, onunla da heç bir düşmənçiliyim yoxdur. Fotonu sadəcə səhifəmdə paylaşdım, bu qədər səs-küyə səbəb olacağını gözləmirdim. O saytlara da demək istəyirəm ki, bu istiqamətdə boşuna araşdırmalar aparmayın. Mənimlə hər hansı düşmənçiliyiniz varsa, kişi kimi mübarizə aparın, Qənirə xanımın fotosunu paylaşmışam, yaxşı etmişəm. Meyvəsi bol olan ağaca daş atarlar".
