Əli Kərimlinin qəzeti Cəmil Həsənlini “vurdu”

Əli Kərimlinin qəzeti Cəmil Həsənlini “vurdu”
Xalq Cəbhəsi Partiyasının (AXCP) ruporu olan "Azadlıq” qəzeti bu dəfə Milli Şuranın sədri Cəmil Həsənlini hədəfə aldı.

Sfera.az Yenicag.az-a istinadən bildirir ki, xalq şairi Fikrət Qoca ilə müsahibə yayımlayan qəzet onun Cəmil Həsənli haqqında aşağılayıcı ifadəsini başlığa çıxarıb. Fikrət Qocanın "Cəmil Həsənli müxalifətə qoşulandan sonra səviyyəsini aşağı endirdi” başlığı ilə verilən müsahibəsi həm də "Azadlıq” qəzetinin rəsmi "Facebook” səhifəsində paylaşılıb. Qəzetin Fikrət Qocadan müsahibə götürməsini şərtləndirən səbəblər və onun Cəmil Həsənli barəsindəki o ifadələri hansı kontekstdə işlətdiyini söyləmək çətindir – çünki məhkəmə qərarı ilə qəzetin saytına ölkə ərazisində blok qoyulub. Bununla belə, nüvəsində AXCP-nin dayandığı Milli Şuranın sədri Cəmil Həsənlinin başqa bir nəşrdə yox, məhz "Azadlıq” qəzetində iqtidaryönlü şair tərəfindən təhqir olunmasına şərait yaradılması, həmin ifadələrin nümayişkar tərzdə paylaşılması təbii qarşılanacaq hal deyil.

Xatırladaq ki, 2013-cü il prezident seçkiləri ərəfəsində Rüstəm İbrahimbəyov avantürasının iflasından sonra Milli Şura və bu layihənin əsas "koordinator”larından biri olan Əli Kərimli böyük rəzalətdən elə Cəmil Həsənlinin sayəsində xilas olmuşdular. İbrahimbəyovun seçkidə iştirak etməyəcəyi dəqiqləşəndə, məhz Həsənli Milli Şuranın namizədi olmaq kimi yükün altına girməyə razılıq vermişdi. Tarixçi-professor 2013-cü ildən bu yana Kərimlinin mövqe ifadəçisinə çevrilərək, yetərincə ağır zərbələrə də məruz qalıb. Həsənlinin bu fədakarlığının əvəzi AXCP sədri tərəfindən "Azadlıq”da bu cür təhqir oldu. Sözsüz, bütün addımlarını ölçüb-biçən, çıxarlarını min dəfə hesablayan, maraqlarının təmin olunma faizini təkrar-təkrar yoxlayan Əli Kərimli özünün "sağ əli” sayılan Cəmil Həsənlini səbəbsiz hədəf taxtasına çıxartmaz. O baxımdan, əgər "Azadlıq” qəzetində Cəmil Həsənlini artıq təhqir edirlərsə, bu, Milli Şura sədri ilə AXCP lideri arasında yaranmış çatın dərinliyini göstərir.

Cəmil Həsənlinin "Azadlıq”da "vurulması”nın səbəbləri barədə Yenicag.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, Əli Kərimli professoru yazıçı Anarı dəstəklədiyinə görə cəzalandırır:

"Professor Cəmil Həsənlinin "Azadlıq” qəzetində nüfuzdan salınması heç bir halda sadə məsələ deyil. Burada həmin başlığı da o qəzetin ifrat müstəqilliyi ilə əlaqələndirmək mümkün deyil. Çünki "Azadlıq”da az qala durğu işarələri də Kərimlinin diqtəsi ilə yerləşdirilir. Hesab edirəm ki, qəzetin Həsənliyə qarşı bu davranışı birbaşa Kərimlinin göstərişi ilə gerçəkləşib. Mənə belə gəlir ki, bunun əsas səbəbi Həsənlinin bir neçə gün əvvəl yazıçı Anar haqqında dediyi müsbət fikirlərdir. Xatırlayırsızsa, bir neçə gənc prezident İlham Əliyevi dəstəklədiyini bəyan etmiş Anarın kitablarını yandırmaq təşəbbüsünü irəli sürmüşdü. Əlbəttə ki, o təşəbbüsə haqlı olaraq, sərt etirazlar bildirildi. Bu çərçivədə gedən müzakirələrdə Cəmil Həsənli də Anarı dəstəkləyən mövqe ifadə etmişdi. Görünür, Kərimli Anar haqqında obyektiv danışan Həsənlinin bununla ona xəyanət etdiyini düşünüb və professorun "vurulmasına” göstəriş verib. Mən Kərimlinin bu hərəkətinə qətiyyən təəccüblənmirəm. Onun və yanında formalaşmış cameənin dəyərlərə, münasibətlərə, dostluğa, yoldaşlığa zərrə qədər də sayğısı yoxdur. Bu üzdən də Kərimli bəyənmədiyi, maraqlarına toxunan, hətta bununla ona xəyanət etdiyini düşündüyü Həsənlinin cəzalandırılmasını tapşırıb. Biz Kərimlinin kim olduğunu artıq bilirik. Cəmil Həsənlinin də bu münasibətdən, sayğısızlıqdan nəticə çıxartması pis olmazdı”.

OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...