Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Gündəm
11:11 / 20.02.2018
1527
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevral 21-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Sfera.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.