Dörd dəfə məhkum olunmuş oğru ələ keçdi
Hadisə
20:06 / 07.02.2018
806
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və DİN-in əməkdaşları birgə əməliyyat keçiriblər.
Sfera.az daxil olan məlumata əsasən, əməliyyat nəticəsində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Məlumata əsasən, 2018-ci ilin fevral ayının əvvəlində Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin 24-cü polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər dörd dəfə məhkum olunmuş, Bakı şəhəri ərazisindəki mənzillərdən silsilə oğurluq cinayətləri törətmiş, 1990-cı il təvəllüdlü vətəndaş Əliyev Elşad Fərrux oğlu Yevlax rayonu ərazisində maddi sübutla birgə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı istintaq davam edir, araşdırma aparılır.