Üç yaşlı Arzunun ölümünün səbəbləri açıqlandı – FOTO + YENİLƏNİB

Üç yaşlı Arzunun ölümünün səbəbləri açıqlandı – FOTO + YENİLƏNİB
 Respublikanın baş anestezioloqu Aydın Qədirovun rəhbərliyi ilə Qurbanlı Arzunun ölümü ilə bağlı ekspertiza rəyi verilib.

Oxu.Az-ın xəbərinə görə, rəydə qeyd olunur ki, xəstənin vəziyyəti və nəzərdə tutulmuş planlı əməliyyatlarla əlaqədar anestezioluqun taktikası, anesteziya üsulunun və dərmanların seçimi düzgün olub. 

Dozalar uşağın yaşına və çəkisinə, əməliyyatin xarakterinə və travmatizminə uyğun olaraq təyin edilib.

Bunlarda heç bir əks göstəriş olmayıb. Əməliyyatın gedişində və sonrakı erkən dövrdə anestezioloji və reanimatoloji vəziyyət normal olub və fəsadlar müşahidə edilməyib. Xəstə "lazımi səviyyə”də ayılıb. 

Həkim anestezioloq Qəmbərov İsmayıl Böyükağa oğlu peşəkarlıq nümayiş etdirib, nöqsanlara yol verməyib. Xəstənin ölümü anestezioloji taktika ilə əlaqədar olmayıb.

Əməliyyatdan 4-5 saatdan sonra narkozdan ayılmış xəstə yoqurt və süd ilə qidalanıb. Bundan bir neçə saat sonra xəstədə qusma baş verib və qusuntu kütləsi tənəffüs yollarına aspirasiya olunub, xəstə kəskin mexaniki asfiksiya nəticəsində ölüb.

11:58

Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da, günorta saatlarında Sumqayıt şəhərindəki "Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.

Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sumqayıt şəhər Məhkəməsində, hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra hakimin qərarı ilə iş yenidən ekspertizaya göndərilib. 

Ekspertiza rəyi bir neçə gün öncə məhkəməyə və zərərcəkmiş şəxslərə təqdim olunub.

Rəyə görə, üç yaşlı Arzu Qurbanlının ölümündə birbaşa həkimin günahı olduğu, yaş həddi nəzərə alınmadan, əməliyyatdan öncə ona anestetik vasitə olan "Kolipsol” dərman preparatını 1-2 mq/kq vurmaq əvəzinə, normadan xeyli artıq - 150 mq dozada vena daxilinə yeritməsi anestioloji ağırlaşmaya səbəb olub.

Arzu Qurbanlının yaxınlarının Oxu.Az-a verdiyi məlumata görə, əməliyyatdan sonra qusmanın erkən və sonrakı profilaktikasını aparmayıb, xəstəyə dinamik nəzarəti həyata keçirməyib.

Müşahidə edilən qusma qeyd edilən dərman preparatının əks təsirindən yaranıb, qusuntu kütləsi tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölməsinə səbəb olub.

Bildirilir ki, həmin tibbi pozuntularla Arzu Qurbanlının ölümü arasında birbaşa səbəbli əlaqələr vardır.

Ekspertiza işinə Respublikanın baş anestezioloqu Aydın Qədirovun rəhbərliyi ilə baxılmasına qərar verilib.

Növbəti məhkəmə prosesi 2018-ci il fevral ayının 14-ü, saat 10:00-da keçiriləcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR