Lənkəranda Mərkəzi bazarda kütləvi dava: 2 nəfər bıçaqlandı
Hadisə
15:31 / 06.02.2018
1043
Lənkəranda bıçaqlanma hadisəsi olub.
Hadisə şəhərin Nizami küçəsində baş verib.
30 yaşlı Ümüd Əzimzadə və 33 yaşlı Sehran Baxşıyev bir-birinə bıçaq xəsarətləri yetiriblər. Tərəflər arasında baş verən mübahisə zamanı səslənən təhqiramiz ifadələr nəticədə bıçaqlanmaya səbəb olub.
Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar dərhal əməliyyat olunub, vəziyyətləri ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
///apa