Bakı metrosunda intihar hadisəsi baş verib - VİDEO

Hadisə
23:12 / 08.01.2018
1650
Bakıda metrosunda intihar hadisəsi baş verib
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə 22:15 radələrində qeydə alınıb.
Belə ki, 20-25 yaşlarında kişi özünü qatarın altına atıb. Onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar qatarın "Ulduz” stansiyasından "Həzi Aslanov” stansiyasına hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.
Hazırda meyit çıxarılıb və qatarların hərəkətləri bərpa olub.