Nazirlikdən virus xəbərdarlığı

Nazirlikdən virus xəbərdarlığı
 Müxtəlif ölkələrdə 200–dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran "Bad rabbit” adlandırılan "ransomware” virusu aşkar olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, virus "Win32/Diskcoder.D” "Trojan-Ransom.Win32.Gen.f”, "Win32/Tibbar”, "Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir.

"Rusiya, Türkiyə, Ukrayna, Almaniya kimi ölkələrdə sürətlə yayılan virus "Petya” virusunun bir başqa formasıdır. Hücumçu kompüter sistemlərini kilidləyir və açılması üçün qurbandan 0,05 bitcoin (təxminən 285 ABŞ dolları) tələb edir. Bu virus bəzi rus xəbər saytlarına daxil olan istifadəçilərə saxta "Adobe Flash Player”də yenilik barəsində "pop-up” reklam mesajı kimi təqdim olunaraq yayılıb. Bununla yanaşı, istifadəçilər bu və yaxud digər təhlükəli vebsaytlara daxil olduğu zaman zərərli fayllardan ibarət olan saytlara yönləndirilir. Tələb olunan məbləğ ödənilmədən şifrələnmiş sistemlərin deşifrə olunma yolları hələ də araşdırılmaqdadır”, - deyə açıqlamada qeyd olunub.

NRYTN yanında Elektron Təhlükəsizlik Mərkəzi mövcud təhlükədən mühafizə olunmaq üçün aşağıdakı təhlükəsizlik tədbirlərini istifadəçilərin diqqətinə çatdırıb:

- Ziyanvericinin şəbəkənizdə yayılmasının qarşını almaq üçün WMI xidmətini ("Windows Management Instrumentation Command-line”) deaktiv edin;

- Kompüterdəki faylların (mətn, şəkil, video, audio) ehtiyat nüsxəsini başqa bir qurğuya köçürün ("backup”);

- "Windows” əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal yenilənmə ("patch”ın yüklənməsi və quraşdırılması) aparın;

- E-poçt vasitəsi ilə göndərilən naməlum fayllara, tanış olmayan hər hansı digər mənbəyə keçidə daxil olmayın;

- Qeyri-rəsmi mənbələrdən tətbiqetmələr yükləyib quraşdırmayın;

- Sisteminizi ehtiyac olmadığı təqdirdə "admin” olaraq idarə etməyin;

- Aktiv və antivirus bazası aktual olan antivirusdan istifadə etdiyinizdən əmin olun;

- Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, "Microsoft Defender” antivirus proqramından istifadə edin.

OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...