Putin Ərdoğanla şam yeməyinə gedir
14:44 / 21.09.2017
971
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Türkiyədə keçiriləcək görüşün vaxtı məlum olub.
Dövlət başçılarının görüşü sentyabrın 28-i cümə axşamına planlaşdırılıb.
Nyu York meri Maykl Blumberqin təşkil etdiyi Qlobal Əmək Bazarı Beynəlxalq Forumunda iştirak edən Ərdoğan Putinlə telefon danışığını xatırladıb.
"Biz cümə axşamı Putinlə birgə şam edəcəyik və Suriyada baş verənləri müzakirə edəcəyik”, - Ərdoğan deyib.
Suriya ilə yanaşı iki ölkə başçısının S-400 raketdən müdafiə sistemləri məsələsini müzakirə edəcəkləri də bildirilib.
Qeyd edək ki, Ərdoğanla Putin sonuncu dəfə iyunun 8-də Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammitində bir araya gəlmişdilər.
Sfera.az