Kredit Fondunun yaradılması nələr vəd edir? - Ekspert

Kredit Fondunun yaradılması nələr vəd edir? - Ekspert

Kredit Zəmanəti Fondunun yaradılması vacib addımdır və kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər.

Sfera.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev Prezident İlham Əliyevin Kredit Zəmanət Fondu ASC-nin yaradılması haqda fərmanını şərh edərkən qeyd edib. Onun sözlərinə görə, fondun yaradılması Azərbaycanda son illər özünü daha qabarıq göstərən problemi – sahibkarların kredit resurslarına çıxışı məhdudiyyətini aradan qaldıra bilər:

"Dünyanın bir çox ölkələrində kreditlərə zəmanət verən institutlar fəaliyyət göstərir və bu qurumlar kredit risklərinin bir hissəsini üzərlərinə götürməklə sahibkarların maliyyə resurslarına çıxışına dəstək verirlər. Fondun üstünlükləri çoxdur: bu mexanizm kommersiya kreditləri üzrə ödəmə qabiliyyətinin itirilməsi və ya vaxtında ödəməmə ilə bağlı yaranan riski aradan qaldırır. Fond kreditlərinə zəmanət verdiyi şirkətin kreditödəmə qabiliyyətini və borca xidmət vəziyyətini mütəmadi monitorinq edir, onlara borcların idarə edilməsi, bazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində məsləhətlər verir”.

S.Əliyev qeyd edib ki, iri sahibkarlıq subyektlərindən fərqli olaraq, kiçik və orta sahibkarların girov qoymaq imkanları məhduddur, kreditləri qaytarmamaq riskləri və müflisləşmək təhlükəsi yüksəkdir, maliyyə hesabatlılığı lazımi səviyyədə deyil, likvid girovları yoxdur:

"Elə bu risklərə görə banklar kiçik və orta sahibkarlara kredit verməkdə maraqlı deyillər. Nəticədə bazar istisadiyyatının əsas sütunu olan kiçik və orta sahibkarlar resurssuz qalırlar”.

Ekspert yeni yaradılacaq fondun qarşısında çoxlu vəzifələr durduğunu qeyd edib:

"- Fond fəaliyyətində əsas fokusu iri yox, kiçik və orta sahibkarlara yönəltməlidir;

- Maliyyələşmədə iqtisadiyyatın prioritet sahələri nəzərə alınmalıdır və onlara üstünlük verilməlidir;

- Fond müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmlərini dəqiq işləməlidir və sahibkarın üzərinə risklər az qoyulmalıdır;

- Fond tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə maksimum nisbəti 50%-dən az, 80%-dən çox olmalıdır;

- Zəmanət yerli istehsalın dəstəklənməsinə yönəldilməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Çinarə Məmmədova

Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...