İsraildən prezidentin Lapşin sərəncamına - Münasibət

Gündəm
16:51 / 11.09.2017
1227
İsrail Azərbaycan Prezidentinin bloger Aleksandr Lapşinin əfv edilməsi barədə qərarını müsbət qarşılayır.
Bu haqda İsrail səfirliyindən bildiriblər.
Qeyd olunub ki, İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupunun səylərini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az