Məktəblərdə qrip əleyhinə tədbirlər gücləndirildi

Məktəblərdə qrip əleyhinə tədbirlər gücləndirildi

Hazırda respublikanın ümumtəhsil məktəblərində donuz qripi əleyhinə bir sıra tədbirlər görülür. 

“Qafqazinfo” xəbər verir ki, artıq bir sıra orta məktəblərdə virus əleyhinə aparatlar quraşdırılıb. 
Bununla bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, tibb işçiləri məktəblərdə qripə yoluxmuş uşaqlardan qan nümunələri götürür: ”Həmin nümunələr daha sonra Taun Əleyhinə Stansiyanın laboratoriyasında yoxlanılacaq. Bundan əlavə, məktəbin girişində aparatlar da quraşdırılıb. Hələ ki, məktəblilər arasında bu virusa yoluxma halına rast gəlinməyib. Eyni zamanda dezinfeksya tədbirləri bağçalarda da həyata keçirilir”.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, yanvar ayının 23-dən etibarən respublikanın iri şəhərlərində yəni Bakı, Gəncə, Sumqayıt, Mingəçevirdə yerləşən məktəbəqədər təhsil müəssisələrində və ümumtəhsil məktəblərində donuz qripi əleyhinə tədbirlər görülməsi barədə Səhiyyə Nazirliyi tərəfindən tapşırıq verilib: “Tətil vaxtı məktəblərdə dezinfeksiya işləri həyata keçirilib. Bağçalarda isə iş vaxtının sonuna yaxın bu tədbirlər görülür. Ümumilikdə, bu günə qədər 412 bağçada, 467 orta məktəbdə dezinfeksiya işləri həyata keçirilib. Tədbirlər bu gün də davam etdirilir. Məktəblərdə quraşdırlan aparatlar, avadanlıqlar bu günün tələblərinə cavab verir”.


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...