Onları pulla ələ almaq mümkündür - Zahid Oruc

Onları pulla ələ almaq mümkündür - Zahid Oruc

Azərbaycan əleyhinə hazırda həyata keçirilən ssenari qətiyyən yeni deyil.

Sfera.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Zahid Oruc OCCRP adlanan qurumun ("Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) "hesabat”ı və bu "hesabat” əsasında bəzi xarici KİV-də yayılmış materialla bağlı açıqlamasında deyib.

Z.Oruc bildirib ki, Azərbaycandan əvvəl ayrı-ayrı dövlətlərə qarşı da bu cür qarayaxma kampaniyaları həyata keçirilib: "İstənilən ölkə və onun siyasi elitası haqqında belə xəbərləri uydurmaq çox asanlıqla mümkündür və hazırki reallıqda bu həyata keçirilir”.

Deputat vurğulayıb ki, əslinə baxanda bu cür kampaniya Azərbaycanı deyil, daha çox qərbin özünü, onların siyasətçilərini, parlamentarilərini zərbə altında qoyur: "Onların hesabatından belə çıxır ki, qərb siyasətçilərinin hamısını asanlıqla pulla ələ almaq mümkündür. Bəs onların öz mövqelərinə sadiqliyi, əqidələrində dönməzliyi, hüququn aliliyi harada qalır?! Bəs Avropanın maliyyə nəzarətini həyata keçirən ən müxtəlif orqanları var, onlar harada qalır?! Xüsusilə 11 sentyabr hadisələrindən sonra hər bir maliyyə vəsaiti üzərinə mikroskopik nəzarət həyata keçirirlər, hansı ki maliyyə ilə bağlı bəyannamə verilməlidir, mənşəyi ilə bağlı məlumatlar təqdim olunmalıdır və s. Buradan aydın görünür ki, yayılan məlumatlar tamamilə əsassızdır və məqsəd tamamilə başqadır”.

Z.Oruc bildirib ki, burada məqsəd birinci növbədə Azərbaycan hakimiyyətini təsir altına almaq, iqtidarı onlarla hesablaşmağa məcbur etməkdir: "Azərbaycanın dövlət başçısının demokratik bir lider olduğuna heç kəsin şübhəsi yoxdur. Biz bu illər ərzində İlham Əliyevin siyasi kursunun xarakterinin belə olduğunu görmüşük. Azərbaycan idarə olunan dövlət deyil və şübhəsiz ki, bu, müxtəlif mərkəzləri qane etmir. Onlar da bununla bağlı "mübarizə” aparırlar. Ancaq yenə təkrar edirəm ki, daha çox özlərini ifşa edirlər, zərbə altında qoyurlar. İndiyə qədər Azərbaycana qarşı bu təzyiqlər çox olub və heç biri də məqsədinə çata bilməyib”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gün...

Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu - FOTO

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olma...

Fahriye Evcen 11 il sonra bunu etdi - FOTO

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial mediada nostaljik bir paylaşım ilə diqqətləri üzərinə çədib.   Sfera.az xə...

Magistratura imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq ...

Quruculuq işləri ilə erməni vandallığının izləri də Qarabağdan silinir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum gününü  gözəl Qarabağımızda qeyd etdilər. Bərpa-quruculuq iş...

Oğurluğa görə cəza sərtləşdirilir

Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir, bu əmələ görə azadlıqdan məhrumetmə iki ildən üç ilə qaldırılır.   Sfe...