Zakir Həsənov MSPO-2017 sərgisində

Gündəm
14:00 / 06.09.2017
1220
Polşa Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kielce şəhərində keçirilən MSPO - 2017 beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.
Sfera.az