Bizim xalqlarımızı tarix birləşdirir – Əliyev

Bizim xalqlarımızı tarix birləşdirir – Əliyev

Hörmətli Qurbanqulu Məlikquluyeviç. Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Türkmənistan–Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafında çox mühüm addım olacaq.

Bunu Bakıda Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi təkbətək görüşdə deyib.

"Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var.

Sizi bir daha səmimiyyətlə salamlayıram, "Xoş gəlmisiniz” deyirəm. Əminəm ki, səfəriniz çox uğurlu olacaq”,- dövlət başçısı bildirib. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...

Ukrayna macar casusları aşkara çıxardı - İllərdir pusquda...

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatçılarını ifşa edib.    Sfera.az bu barədə “RB...

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...