Bu iki dövlətin qarşıdurması Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini əngəlləyir - SENSASİON AÇIQLAMA

11:07 / 08.08.2017
1246
"Dünyanın siyasi taleyində birbaşa iştirak edən məşhur "6-cı bacı” adlanan şirkətlər kimi. Ancaq buna hələ nail ola bilmir. "Qazprom” vasitəsilə Rusiya özünü Emənistanda daha aşkar göstərir"
Bu sözləri Sfera.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, Rusiya dünyada siyasi proseslərə enerji daşıyıcıları ilə təsir etməyə çalışır:
"Rusiyanın müstəsna rolu məsələsinə gəldikdə isə, bu elə də ciddi deyil. Düzdür, Rusiya Qərbin bu istiqamətdəki fəaliyyətinə qarşı alternativlər çıxarmağa çalışır. Ancaq məsələnin həllində Rusiya aparıcı sayılmır. Çünki enerji daşıyıcılarının qiymətinə Moskva heç bir halda təsir göstərə bilmir. O özünü və maraqlarını qorumaq və bu sahədən daha çox gəlir əldə etməyə çalışır. Məsələn, 2016-cı ildə Rusiya neft ixracından gəliri 17,7 faiz azalaraq, 73,676 milyard dollara düşüb".
O qeyd edib ki, Rusiya aparıcı güclərin, daha doğurusu ABŞ-ın dünya bazarına qoyduğu qiymətə uyğun hərkət etməyə çalışır:
"Bu isə o deməkdir ki, dünyanın enerji təhlükəsizliyinin təhdidinin qarşısının alınmasında rolu elə də güclü deyil. Rusiya ABŞ-la müqayisədə elə nəhəng deyil. Bununla belə keçmiş Sovet məkanındakı mövcud 4 münaqişədə (Azərbaycanda Dağlıq Qarabağın işğalı, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı, Ukraynada Krımın ilhaq və ölkənin şərqində silahlı qarşıdurma) isə onun rolu az qala əvəzsizdir. Həmin münaqişəli ocaqlardan isə Qərbdə öz maraqlarının təmin edilməsində istifadə edir. Yeri gəlmişkən, Rusiya bu münaqişələrin yaranmasına yardım etməklə, həm də Qərbin ölkənin sərhdələrinə daha çox yaxınlaşmasına yardım edib. Heç şübhəsiz hələlik təkqütblü dünyaya başçılq edən ABŞ-la Rusiya arasında münaqişəli məsələlərin həllinə dair fikir ayırlığı olduğundan Rusiyanın problemi hələ də qalmaqdadır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini onların qarşıdurması əngəlləyir. Eləcə də bu iki dövlətin bir-biri ilə deyil, üçüncü dövlət vasitəsi ilə bir-birinə təzyiqi də Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir".
Azad Əliyev
Sfera.az