Prezident \"deputatın etik davranış qaydaları\" haqqında sərəncam imzaladı

Prezident \
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 766 VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.

OXŞAR XƏBƏRLƏR

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...

İlham Əliyev və xanımı Daşaltı məscidinin açılışında iştirak etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Bu barədə Sf...

Bekhem məşhur futbolçu ilə "atışıb" klub aldı

"Mançester Yunayted"in keçmiş ulduz futbolçuları Devid Bekhem və Harri Nevill klub satın  satın alıblar.   Sfera.az xarici mətbua...