Azərbaycanda borcu olan kişi məktub yazıb özünü asdı

Azərbaycanda borcu olan kişi məktub yazıb özünü asdı
Günün ikinci intihar hadisəsi Şirvan şəhərində qeydə alınıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Şirvan şəhəri Səməd bəy Mehmandarov küçəsi, ev 16 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Səfayət Malik oğlu Ağayev özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib. 43 yaşlı kişinin asılmış meyitini onun həyat yoldaşı tapıb.

Məlumata görə, S.Ağayev intihardan əvvəl məktub yazıb və məktubunda işsizliyini, çoxlu borcunun olmasını, buna görə də belə bir addım atdığını qeyd edib.
Özünü asan kişi ailəlidir və uzun müddətdir işsiz imiş.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bu, borca görə baş verən ilk hal deyil. Belə ki, ancaq ötən gün iki belə hadisə olub. Bakıda borca görə intihar qeydə alınıb. Xəzər rayonunun Binə qəsəbəsində yaşayan qəsəbə sakini 1977-ci il təvəllüdlü Aynur Cəfər qızı Xancanova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib. 
Canına qəsd edən qadının iki övladı məktəbdə dərsdə, əri isə işdə olub. 39 yaşlı qadının intihar etməsinə səbəb olaraq onun ailəsinin böyük miqdarda borcu olması göstərilir. 

Ağcabədi rayonunda da intihara cəhd baş verib. Şəhər sakini, 1964-cü il təvəllüdlü Zərnişan Şəfayət qızı Ələkbərova yaşadığı evin həyətində üzərinə yanacaq tökərək özünü yandırıb. 
52 yaşlı qadının özünü yandırmasına ilkin ehtimal olaraq onun ailə üzvlərinin külli miqdarda borcu olduğu göstərilir.

anspress

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...