“Neftçi”nin 7 futbolçusu milliyə çağırılıb

“Neftçi”nin 7 futbolçusu milliyə çağırılıb
Kateqoriya məlum deyil05.08.17, 15:222184 👁️
T

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanısı keçəcək.

Sfera.az "Neftçi”nin saytına istinadən xəbər verir ki, Bakıda və Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda baş tutacaq hazırlıq prosesinə "ağ-qaralar”ın 7 futbolçusu dəvət olunub.

Bunlar İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov, Abbas Abbasov, Murad Bağırov, İlkin Əbiyev, Nicat Məmmədov və Mehdi Tahirovdu.

Qeyd edək ki, U-17-nin Bakı toplanışı 8-12 avqust, Sarayevodakı hazırlıq prosesi isə 13-17 avqust tarixlərində keçiriləcək.

 
Sfera.az
PAYLAŞ