Bakı İrəvana qarşı 3 ölkə ilə birləşsin

Bakı İrəvana qarşı 3 ölkə ilə birləşsin

Rusiya hazırda özünü daha çox tələyə salır. Kreml neçə illərdir Amerika ilə Avropanın arasını vurmağa çalışır. Moskva son günlər bu istəyinə bir qədər yaxınlaşsa da, etdiyi kobud səhv ucbatından yenidən hədəfindən uzaqlaşdı.

Sfera.az xəbər verir ki, bu sözləri Rusiya-ABŞ gərginliyini şərh edən politoloq Elxan Şahinoğlu deyib:

"Deməli, ABŞ Konqresi Rusiyaya qarşı sərt sanksiya qəbul etdikdən sonra Avropa İttifaqı buna qarşı çıxdı. Brüssel Vaşinqton istəyir deyə Rusiya ilə iqtisadi əlaqələrə son verməyəcəyini və sanksiya qərarını yanlış hesab etdiyini bildirdi. Ancaq Brüssel iki gün sonra Rusiyaya qarşı sanskiyanı sərtləşdirdi, sənədə yeni şəxs və şirkətlərin adını əlavə etdi. Hər şey Almaniyanın məşhur "Siemens” konserninin kontrakt əsasında Rusiyanın Krasnodar vilayətində tikilən obyektə göndərdiyi 4 turbindən sonra başladı. Sən demə Rusiyanın müvafiq nazirliyi Almaniya konsernini aldadaraq həmin turbinləri Krımdakı oxşar tikintiyə göndərib. "Siemens” məsələdən xəbər tutan kimi turbinləri geri tələb edib. Şirkətin niyə belə etdiyi aydındır, işğal altındakı Krım sanksiyalar altındadır və bilinsə ki, hansısa Avropa şirkətinin birbaşa və dolayı yollarla yarımada ilə əməkdaşlığı var, həmin şirkətə qarşı da sanksiyalar tətbiq olunacaq. Ona görə də şirkət özü baş verən hadisə barədə Avropa İttifaqının qurumlarını xəbərdar edib və bundan sonra Brüssel keçmişdə qəbul etdiyi sanskiyaya yeni isimləri əlavə edib. Bundan sonra Avropa hansı əsasla Rusiyaya qarşı sanksiyaların sərtliyi ilə bağlı Amerikaya nəsə deyəcək”.

Politoloq Krımla bağlı son olayın Azərbaycana da nümunə ola biləcəyini düşünür:

"Şübhə etmirəm ki, işğalçı Ermənistan da Avropanın müxtəlif şirkətlərindən aldığı avadanlıqların bir hissəsini Dağlıq Qarabağa ötürür, sadəcə bir çoxundan xəbərimiz yoxdur. Avropa İttifaqının Krımdan fərqli olaraq Dağlıq Qarabağla bağlı sanksiya qərarı olmasa da, Brüssel Azərbaycanın ərazi bütövlüyünü tanıdığından öz şirkətlərinə Krımla yanaşı, digər separatçı bölgələrdə fəaliyyətini də qadağan etməlidir. Fikrimcə, bu məsələdə separatizmdən əziyyət çəkən Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna səylərini birləşdirərək Brüsseldən işğal altındakı torpaqlarla bağlı xüsusi qətnamənin qəbulunu istəyə bilərlər. Yəni hər hansı Avropa şirkəti bilməlidir ki, Ermənistan onu aldadaraq avadanlıqlarını Dağlıq Qarabağa göndərərsə, bu ona baha başa gələcək. Ancaq bunun məhz belə olması üçün müttəfiqlərlə birgə işləmək və Avropaya daha yaxın olmaq lazımdır”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...

İlham Əliyev və xanımı Daşaltı məscidinin açılışında iştirak etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Bu barədə Sf...