Oqtay Əsədov Ruhaninin andiçməsinə gedir

Oqtay Əsədov Ruhaninin andiçməsinə gedir

İranda prezident vəzifəsinə təkrar seçilən Həsən Ruhaninin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

Sfera.az xəbər verir ki, bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. O. Əsədovu parlament nümayəndə heyəti müşayiət edəcək.

Xatırladaq ki, Həsən Ruhani ikinci dəfə mayın 19-da İran prezidenti seçilib. Onun andiçmə mərasimi bu gün - avqustun 4-də parlamentdə keçiriləcək.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR