Bu universitetdə maaşlar artırılıb

Bu universitetdə maaşlar artırılıb
Azərbaycan Dillər Universitetində (ADU) maaşlar artırıldı. Bu barədə “Bizim Yol”-a ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.  

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq, onların sosial müdafiəsini gücləndirmək, dövlət qayğısını artırmaq məqsədi ilə əksər sahələrdə çalışan işçilərin maaşlarının 10 faiz artırılması ilə bağlı və “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” 2016-cı il 25 yanvar tarixli Sərəncamı ölkəmizdə təhsilin, elmin inkişafına göstərilən böyük diqqət və qayğının daha bir sübutudur”,-deyə məlumatda bildirilir.

Belə ki, növbəti artım ADU-nun Elmi Şurasının 3 fevral 2016 – cı il tarixli qərarına əsasən həyata keçirildi. Bu addım ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının nəticəsidir. Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə edən zaman Elmi Şuranın qərarına əsasən universitetdə çalışan 300 nəfərə yaxın əməkdaşların (laborant, baş laborant, mütəxəssis, baş mütəxəssis, xadimə, rejissor, fotoqraf və sair), həmçinin universitetdə aylıq əməkhaqqı az olan əməkdaşların maaşları fevral ayının 1-dən  etibarən artımla veriləcək. Bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir.

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...