XİN: Türkiyədəki zəlzələdə...

XİN: Türkiyədəki zəlzələdə...

Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki qeydə alınmayıb.

Bunu Sfera.az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadırlar.

Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək” – H. Hacıyev qeyd edib

Qeyd edək ki, ötən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Nəticədə Yunanıstanda bina dağılıb və altında qalan 2 nəfər dünyasını dəyişib. Türkiyədə hələ ki, ölüm halı qeydə alınmasa da, 70 nəfərin xəsarət alaraq xəstəxanalara yerləşdirildiyi bildirilir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR