22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb - VİDEO

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb - VİDEO
22 yaşlı Xanım Quliyeva 3 yaşlı oğlu ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Valideynləri bir həftədən çoxdur ki, qızlarından və nəvələrindən xəbər ala bilmirlər. Anasının sözlərinə görə, qızının ailəsi ilə bağlı problemləri olub. Hətta həyat yoldaşı qaçmamışdan bir necə gün öncə onu atası evinə gətirib və boşanacaqlarını bildirib. Səlimə Babazadənin sözlərinə görə, qızının evləndiyi gündən güzaranı olmayıb, daim söz-söhbətlər, zorakılıq, qızının belə addım atmasına gətirib çıxarıb. Hətta qız evdən çıxarkən pul və artıq paltar da götürməyib. Uşağını baxçaya aparıb, ordan da çıxıb gedib. Qadının sözlərinə görə, qızı heç vaxt tək başına heç yerə getməyib və yaxın rəfiqəsi belə yoxdur. İndi isə birdən-birə belə yoxa çıxması onları qorxuya salıb.

İndi gözü yaşlı atası və anası qızlarının və nəvələrinin yolunu gözləyirlər. Valideynlərinin sözlərinə görə, qızları evə dönsün, ona hec bir təzyiq göstərməyəcəklər və bütün istəklərini yerinə yetirəcəklər.

Qeyd edək ki, Xanım Quliyeva və 3 yaşlı oğlunun axtarışları Xəzər rayon polis idarəsində davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...