Türkiyə: Əsgərimizlə qarşılaşmaqdan qorxurlar...
14:35 / 04.07.2017
1296
Afrin bölgəsindən təhdidlər gəlməyə davam etsə, Türkiyə burada sərt tədbirlər görəcək.
Bu sözləri Türkiyə Müdafiə naziri Fikri İşıq deyib.
"Əsgərimizlə qarşı-qarşıya gəlməkdən çəkinirlər. Türkiyənin artıq heç bir yeri terrorçular üçün etibarlı deyil. Hazırda Türkiyə sərhədləri daxilində hər bölgədə əməliyyat təşkil edə bilərik”, - nazir bildirib.
Sfera.az