Cəbhədən son xəbər

Cəbhədən son xəbər
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (25 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub.

Sfera.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Acarlı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

OXŞAR XƏBƏRLƏR

Samir Şərifovdan ilk AÇIQLAMA: "İnşallah növbəti həftə..."

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilər...

Prezident yeni təyin olunan səfirin etimadnaməsini qəbul etdi - FOTO

Prezident İlham Əliyev yanvarın 10-da Küveytin Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbu...

İlham Əliyev yeni təyin olunmuş səfiri qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşk...

Kamaləddin Qafarov: “Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir”

“Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində istər ötən ildə əldə olunmuş uğur göstəriciləri, istə...

“Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində şəhid övladlarına hədiyyələr təqdim edildi

Qırmızı Ürəklər Fondu cəmiyyətimiz üçün həssas və vacib mövzularda təşəbbüslərini davam etdirir. Ənənəsinə sadiq qalan Fond “Onlar Bizə Əmanətdir” l...

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan Məlumatları” informasiya sisteminin sahibi və operatoru İqtisadiyyat Nazirli...