Həmsədrlərə xərclənən pullar - Açıqlandı

Həmsədrlərə xərclənən pullar - Açıqlandı

Bu il ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk Qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayıracaq.

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin ofisinin büdcəsi isə 1 235 800 avro təşkil edəcək.

Qeyd edək ki, ATƏT ümumilikdə Cənubi Qafqaz regionuna 3 861 900 avro məbləğində vəsait ayırıb.

Xatırladaq ki, iyunun 1-də ATƏT-in Daimi Şurası Vyanada təşkilatın 2017-ci il üçün büdcəsini təsdiq edib. 2017-ci il yanvarın 1-dən dekbarın 31-dək olan dövr üçün təşkilatın ümumi büdcəsi 138 982 600 avro olacaq.

ATƏT-in Daimi Şurasına təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir.

ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR