Azərbaycan və dünyanın gözü bu görüşdə

Azərbaycan və dünyanın gözü bu görüşdə

"Rusiya-OPEC danışıqları Azərbaycan üçün çox vacibdir".

2014-cü iyulundan başlayaraq neftin qiymətində baş verən ucuzlaşma bu gün neft 
ixrac edən ölkələrin büdcəsində artıq hiss olunmaqdadır. ANS PRESS-in məlumatına
 görə, bunun üçün isə çıxış yolu neftin ixracını azaltmaqdır.

Qara qızılın ucuzlaşmasından əziyyət çəkən Rusiya bununla bağlı OPEC-lə danışıqlar 
aparmağa hazırlaşır. Məhz mütəxəssislərin də bu görüşdən gözləntiləri çoxdur.

Rusiyanın neft ixrac edən ölkələrin təşkilatı OPEC-lə danışıqları neftin qiymətinə 
əhəmiyyətli dərəcədə təsir edə bilər. Rusiyanın energetika naziri Aleksandr Novak
 bir müddət əvvəl bəyan etmişdi ki, neft hasilatının azaldılması məsələsini müzakirə
 etmək üçün OPEC və Səudiyyə Ərəbistanı ilə danışıqlara hazırdır.

Təkcə bu bəyanatdan sonra neftin qiyməti oynadı, başqa cür desək, nisbətən bahalaşdı.
 Görüş olacağı təqdirdə vəziyyət 180 dərəcə dəyişə bilər. Söhbət dünya bazarında tələblə 
təklifin balanslaşdırılmasından gedir. Dünyanın bu gün düşdüyü vəziyyət hasilatın tələbatdan
 çox olmasıdır.

Bu da neft ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyib. İqtisadçıların qənatincə, 
Rusiya-OPEC danışıqları Azərbaycan üçün çox vacibdir. Bu hasilatın azaldılması barədə razılıq 
neftin qiyməti 60-70 dollaradək artıra bilər.


Oktay Haqverdiyev - iqtisadçı ekspert

"Azərbaycanın neft bazarında çəkisi heç bir faiz deyil. Sadəcə orada nə proseslər gedəcəksə, biz
 ona tabe olacağıq. Hasilat azalsa bu biizm xeyirimizə olacaq, qiymət artacaq. Biz də qazanacağıq", 
- iqtisadçı ekspert Oqtay Haqverdiyev bildirdi.

İqtisadçı bildirir ki, məsələ iqtisadi deyil, geosiyasi maraqlarla bağlıdır. Neftin ucuzlaşmasının 
arxasında Rusiyanı çökdürmək planları dayana bilər. Müharibə vəziyyətlərində neft bahalaşır, 
lakin Suriya, İraq kimi qaynar müharibə nöqtələrinin olmasına baxmayaraq, yanacaq uzuclaşmadadır.

Hazırki durumdan qazanan yalnız nefti ucuz idxal edən dövlətlərdir. Dünyanın qabaqcıl nəşrləri
 yazır ki, bir il yarımdır ki, Səudiyyə və Rusiya neft qiymətlərinin uçurumdan xilas edilməsi 
üçün məsləhətləşmələr keçirirlər, konkret nəticə isə yoxdur.

OPEC-in əsas oyunçusu Səudiyyə krallığı əvvəllər də dəfələrlə bildirib ki, neft hasilatını yalnız
 o halda azalda bilər ki, qeyri-OPEC ölkələri, konkret Rusiya da öz hasilatını azaltsın. 

OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...