Daha bir ölkə mediası 1918-ci il 28 maydan yazıb

Daha bir ölkə mediası 1918-ci il 28 maydan yazıb

Monteneqronun böyük oxucu kütləsinə malik "CDM” internet portalında "99 il əvvəl Azərbaycan İslam dünyasının ilk demokratik dövləti olmuşdur” başlıqlı məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, Azərbaycan xalqının çoxəsrlik məşəqqətli tarixində şərəflə andığı mübarizə günlərinin çox olmasına baxmayaraq, 28 may 1918-ci il xüsusi yer tutur. Belə ki, bu gündə Azərbaycan müsəlman Şərq dünyasında ilk demokratik parlamentli respublika olub. Qısa müddət yaşamasına rəğmən, İstiqlaliyyət Bəyannaməsində əksini tapmış mütərəqqi ideyaların bir sıra ölkələr üçün örnək olduğu bildirilib. İstiqlaliyyət Bəyannaməsinə istinad olunan yazıda deyilir:

"Bu gündən etibarən Azərbaycan Cənubi və Şərqi Zaqafqaziyadan ibarət suveren, müstəqil bir dövlətdir.

Müstəqil Azərbaycan dövlətinin idarəçilik forması demokratik respublikadır.

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və xüsusilə də qonşu millət və dövlətlərlə dostluq münasibətləri qurmaq qərarındadır.

Azərbaycan Xalq Cümhuriyyəti milli, dini, sinfi, peşə və cinsi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına tam siyasi və vətəndaşlıq hüquqlarını təmin edir.


Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişafları üçün şərait yaradır.

Milli Məclis toplanana qədər ali hakimiyyət ümumseçilmiş Milli Şuraya və Şura qarşısında məsul olan müvəqqəti hökumətə həvalə olunur”.

Məqalədə 1920-ci ilin aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğal olunduğu və ancaq 71 ildən sonra müstəqilliyini bərpa etdiyi, XX əsrin əvvəllərində azərbaycanlıların öz ölkələrində ermənilər tərəfindən böyük soyqırımına məruz qaldığı qeyd olunub. Azərbaycan xalqına qarşı soyqırımı aktının dünyada az bənzəri olduğu vurğulanıb. Bildirilir ki, 1998-ci ilin martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. (azərtac)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...