Bəzi oruc tutanlarda baş ağrısı nədən olur?

Bəzi oruc tutanlarda baş ağrısı nədən olur?
Yaşadığımız Ramazan ayında bəzi adamlarda baş ağrıları ola bilir. Bunun bir çox səbəbləri ola bilər. Adətən baş ağrıları qan azlığından, miqrendən və sinüzitdən ağrıyar. Lakin Ramazan ayında baş ağrılarının ən mühüm səbəbi səhər obaşdanda yemək yeməməkdir. Ona görə də oruc tutan insanlar mütləq səhər obaşdana kifayət qədər yemək yeyib, su içməlidir ki, gün ərzində baş ağrısından əziyyət çəkməsinlər.Sfera.az deyerler.org-a istinadən bildirir ki, əgər obaşdana yatıb qalmısınızsa, o zaman iftarınızı ilıq su və xurma ilə açın və yemək yeməyə çox da tələsməyin. Yeyən zaman da ifrat etməyin.
Bəzən miqren ağrıları oruc zamanı da baş qaldıra bilir. Bu zaman həkimlər məsləhət görür ki, obaşdan və iftarda bir qaşıq balı qaynar suda həll edib, ona limon suyu əlavə etsinlər. Bir dəfə səhər obaşdanda və bir dəfə də yatmazdan əvvəl ondan içmək lazımdır.
Qan azlığı ilə bağlı baş ağrısını aradan qaldırmaq üçün məsləhət görülür ki, yuxarıdakı resepti limon suyu tökmədən istifadə edəsiniz. Bu məhlulu da bir dəfə səhər obaşdanda və bir dəfə də yatmazdan əvvəl içmək lazımdır.
Sinüzitdən əziyyət çəkənlər isə bənövşə yağından istifadə edə bilərlər.
Çay içən zaman da əgər həddi aşarsınızsa, baş ağrısına səbəb olar. Ona görə də çayın miqdarını da azaldın ki, baş ağrısı sizi incitməsin.
Oruc tutan hər bir insan bilməlidir ki, 17-18 saat ac və susuz qaldığı üçün yaxşı olar səhər obaşdana mütləq qalxsın və kifayət qədər yeyib-içsin ki, gün ərzində baş ağrısından əziyyət çəkməsin.

OXŞAR XƏBƏRLƏR

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...