"Şopinq Festivala 700 min xərclədik, 5,6 milyon gəldi" - Nazir

"Ümumən festivalın keçirilməsinə cəmi 700 min manat xərclənib. Ümumi büdcə 1 milyon manatı keçməyib. Büdcəyə isə 5,6 milyon manat vəsait daxil olub”. 

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının nəticələrinə həsr olunan tədbirdə deyib. Nazir bildirib ki, bu, kifayət qədər müsbət nəticədir: 

"Festivalın keçirilməsi ilk növbədə iqtisadi amillərlə bağlıdır. Festivalın keçirilməsi haqqında qısa müddətdə qərar verildi və hazırlıq işlərinə başlanıldı. Müvafiq dövlət orqanlarının səylərinin nəticəsində bu festival yüksək səviyyədə baş tutdu. 

Biz ehtimal edirik ki, bu ilin axırına qədər bütün festivalların keçirilməsi nəticəsində büdcəyə 40-50 milyon vəsaitin daxil olmasına nail olunacaq. Festivaldan 98 faiz iştirakçı məmnun qalıb. Festival beynəlxalq və yerli medianın geniş müzakirə mövzusuna çevrildi. Eyni zamanda sosial şəbəkələrdə böyük marağın şahidi olduq”. 

Nazir əlavə edib ki, növbəti festival üçün bu gündən etibarən hazırlıqlara başlanacaq. 

Qeyd edək ki, Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyon 167 min 892 manat olub. 
///APA

OXŞAR XƏBƏRLƏR

43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyunun 10-da dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı daha bir hərrac keçirəcək....

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gün...

Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu - FOTO

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olma...

Fahriye Evcen 11 il sonra bunu etdi - FOTO

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial mediada nostaljik bir paylaşım ilə diqqətləri üzərinə çədib.   Sfera.az xə...

Magistratura imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq ...

Quruculuq işləri ilə erməni vandallığının izləri də Qarabağdan silinir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum gününü  gözəl Qarabağımızda qeyd etdilər. Bərpa-quruculuq iş...