Bakı nefti bahalaşıb

İqtisadiyyat
09:50 / 23.05.2017
1061
Dünya birjalarında neftin qiyməti müxtəlif dinamika nümayiş etdirir.
Sfera.az xəbər verir ki, VTİ neftinin qiyməti 1 barrelə görə 0,40 dollar və ya 0,79% artaraq 50,73 dollar təşkil edib.
"Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,22 dollar və ya 0,41% azalaraq 53,65 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri Layt" markalı xam neftin 1 barrelinin qiyməti 0,47 dollar və yaxud 0,87% artaraq 54,72 dollar/barrelə bərabər olub.
Sfera.az