Ruhaninin alovlu çıxışı: Bizim düşmənlərimiz...

Ruhaninin alovlu çıxışı: Bizim düşmənlərimiz...

İran Prezidenti Həsən Ruhani hökumətin iclasında çıxış edərək, prezident seçkilərinin nəticələrindən danışıb.

O, yenidən seçilməsini seçicilərin onun hökumətinin fəaliyyətindən tam razı qalması demək olduğunu bildirib.

"Bu seçkilərdə xalqın səsi tam eşidildi. Biz bu seçkilərdə ölkənin daha yaxşı bir gələcəyindən və öz həyatlarının perspektivindən əmin olmaq istəyən gənclərin, ictimai fəaliyyətlərində onlara kişilərlə bərabər fürsət verilməsini tələb edən qızların və qadınların, eləcə də öz övladlarının gələcəyindən nigaran qalan ailələrin səsini eşitdik.

Biz, həmçinin bu seçkilərdə ölkədə vətəndaş hüququnun dəqiq şəkildə icra olunacağından əmin olmaq istəyən bütün etnik və dini azlıqların, eləcə də aldadıcı vədlərin qarşısında dayanaraq töhmət və yalanlardan gileylənən vətəndaşların səsini eşitdik.


Bizim xalq özünün seçdiyi və yenidən səs verdiyi istiqamət və yola inanır. İnsanlar bizdən bu istiqamətə və yola davam etməyimizi istəyirlər. Bizim istər bölgədə, istərsə də dünyada müəyyən düşmənlərimiz var. Elə buna görə də hesab edirik ki, bu düşmənlərin qarşısını almaq üçün hamımız əl-ələ verib ölkəni inkişafa və yüksəlişə aparan yolda əlimizdən gələni əsirgəməməliyik”, - Ruhani bildirib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu ştatlarda seçki qutuları qoyulub - ABŞ-də erkən səsvermə BAŞLADI

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinə altı həftə qalmış bəzi ştatlarda seçicilər səs verməyə başlayıb.  Sfera.az xəbər verir ki, Minn...

Türkiyədə futbol klubunun prezidenti DÖYÜLDÜ - ANBAAN VİDEO

Türkiyənin "Sakaryaspor" klubunun prezidenti Gökhan İn klubun reklam və sponsorluq işlərinə baxan Cengiz Şen tərəfindən döyülüb.   Sfera.az...

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Sentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq -FOTO

"Ötən bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Ağdərə r...

Keçmiş hakim Psixiatriya Xəstəxanasına YERLƏŞDİRİLDİ

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) Respublika Psixiatriya Xəstəx...

Fələstin PrezidentiNyu-Yorka GETDİ

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qarşıd...