"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov
Kriminal
10:45 / 21.09.2024
2587
"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sky News Arabia” telekanalına müsahibəsində deyib.
"Mən əminəm ki, belə vəziyyətlərdə qərar qəbul edənlərin bizim nədən danışdığımız barədə təsəvvürləri var. Heç kim nüvə müharibəsi istəmir", - Lavrov qeyd edib.
Xarici işlər naziri vurğulayıb ki, Rusiya Ukrayna rejiminin idarəçiləri üçün ciddi təsir göstərəcək silahlara malikdir.
"Rusiyanın belə silahları var. Onlar tam döyüş hazırlığındadır".
Firuzə Əliyeva