Uzunömürlülüyə təsir edən 4 AMİL - Alimlər AÇIQLADI

Uzunömürlülüyə təsir edən 4 AMİL - Alimlər AÇIQLADI

Sidney Universitetinin (Avstraliya) tədqiqatçıları 2000-ci ilin yanvarından 2022-ci ilin dekabrına qədər nəşr olunan uzunömürlülərin həyat tərzinə dair 34 tədqiqat nümunəsini təhlil ediblər.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə insanın 95 ildən çox yaşamasına imkan verən bir sıra amilləri müəyyən etmək mümkün olub. 

 

Məlumata görə, burada dörd əsas amil var:

 

Onların 78%-dən çoxu şəhərlərdə deyil, kənd yerlərində yaşayır;

 

Sağlam həyat tərzi keçirirlər: təxminən 7% siqaret çəkir və 30% -dən çoxu spirtli içki içmir. Bu insanların qida rasionunun əsasını yaşadıqları ərazidə istehsal olunan taxıl məhsulları, həmçinin meyvə-tərəvəz, toyuq, balıq və paxlalılar təşkil edir.  Respondentlərin yalnız dörddə biri duzlu yeməyə üstünlük verir;

 

Uzun ömür sürənlər digər yaşlı insanlara nisbətən daha az dərman qəbul edirlər;

 

Eyni zamanda, müddəti bəlli olmasa da, onların 68%-i keyfiyyətli yuxu rejiminə malikdir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Niyə qatarlarda təhlükəsizlik kəmərləri yoxdur?

Demək olar ki, qatarla səyahət edən hər kəs kresloda oturmaq, rahat ayağa qalxmaq və istədiyi kimi səyahət etmək həzzini yaşayıb. Qatarlarda təhlükəsizlik kəmər...

Daha iki futbolçu "Qarabağ"ı tərk edir

"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.   Daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.   Ağdam təmsilçisi Amin Rama...

16 milyon dollar sərvəti var imiş - Kimə qalacaq?

88 yaşında vəfat edən Roma Papası Fransiskin sərvəti açıqlanıb.   Bu barədə “The Economic Times” nəşri məlumat yayıb.   Qeyd e...

Gəncləri hərbi xidmətdən yayındırmaq üçün öz qanından istifadə edirmiş

Bakıda hərbi xidmətdən yayınmaq istəyən şəxslərə özünün qanını verən talassemiya xəstəliyindən əziyyət çəkən laborantın cinayət işində maraqlı təfərrüatlar üzə ...

Qadının Bakı metrosunda etdiyi hərəkət müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə “sərnişin-maşinist” rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər yay...

Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə rayonunun Alar kəndində qeydə alınıb.   Belə ki, ...