İlham Əliyev Şri-Lanka prezidentini təbrik edib
06:04 / 05.02.2016
682
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şri-Lanka
Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisenaya
təbrik məktubu ünvanlayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki,
"Hörmətli cənab Prezident,
Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı - Müstəqillik
Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından
ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka
xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".