Abşeronda ev yandı
11:15 / 05.02.2016
1024
Abşeron rayonunda ev yanıb.
Daxili İşlər Nazirliyi xəbər verir ki, Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və əşyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.