Logo

İsrail “Hizbullah”ın silah istehsalı obyektini bombaladı

İsrail "Hizbullah"ın silah istehsalı obyektini bombaladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrail Müdafiə Qüvvələri (IDF) gecə saatlarında Livanın Bəqaa bölgəsində “Hizbullah”a məxsus yeraltı silah istehsalı obyektinə zərbə endirib.

Sfera.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Məlumata görə, Tire şəhəri ətrafındakı digər “Hizbullah” obyektlərinə də zərbələr endirilib.

IDF qeyd edir ki, mülki şəxslərə zərərin minimuma endirilməsi məqsədilə hücumlardan əvvəl təxliyə xəbərdarlıqları edilib.

Bundan əlavə, əməliyyat zamanı yüksək dəqiqliyə malik sursatlardan və müşahidə vasitələrindən istifadə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR