Ronaldodan istehzalı cavab: “Bu cür reaksiyalara öyrəşmişəm"

Ronaldodan istehzalı cavab: "Bu cür reaksiyalara öyrəşmişəm"
Kateqoriya məlum deyil
T

Səudiyyə Ərəbistanı Futbol Çempionatının 30-cu turunda “Əl-Əhli”nin “Əl-Nəsr”ə məğlubiyyətindən sonra maraqlı anlar yaşanıb.

 

Sfera.az xəbər verir ki, oyundan sonra “Əl-Əhli” azarkeşləri “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu lağa qoymağa çalışıblar.

 

Azarkeşlər komandalarının ardıcıl iki dəfə Asiya Çempionlar Liqasını qazandığını xatırladaraq futbolçuya səsləniblər. Ronaldo isə buna istehzalı cavab verib:

 

“Mənim beş Çempionlar Liqası titulüm var”.

 

“Record” nəşrinin məlumatına görə, təcrübəli hücumçu azarkeşlərin davranışına alışdığını bildirib:

 

“Uzun illər “Yuventus”, “Real Madrid” və “Mançester Yunayted”də oynadığım üçün azarkeşlərin bu cür reaksiyalarına öyrəşmişəm. Bu, mənim üçün problem deyil. Sadəcə azarkeşlərimizin xoşbəxt olmasını istəyirəm”.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR